Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Meqa enerji layihəsi

0

  •             Azərbaycan enerji təhlükəsizliyi sahəsində
    Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər hazırda keyfiyyətcə
    yeni müstəviyə yüksəlib. Yanvarın 16-da Prezident İlham Əliyevin Birləşmiş Ərəb
    Əmirliklərinə işgüzar səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifənin
    açılması baxımından əhəmiyyətlidir. Eyni zamanda bu iki ölkə arasında
    alternativ enerji sferası həmçinin əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti
    çox vacib addımın göstəricisidir.

       Bərpa olunan enerjilərə nisbətən bərpa olunmayan
    mənbələr qazıntı-yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə
    olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf
    olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib
    çıxarır. Bu səbəbdən də son dövrlərdə dünya ölkələri bərpaolunan alternativ
    enerji mənbələrinə sürətli keçidi prioritet məsələ hesab edirlər. Ənənəvi
    enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf
    mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində
    ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən geniş
    istifadə olunur.

       Enerji mənbələri arasında 2020-ci ildə yeganə
    artım bərpaolunan enerji növləri üzrə qeydə alınıb. Pandemiya səbəbindən
    dünyada enerji tələbatının ötən il 5 faiz azalmasına baxmayaraq, bərpaolunan
    enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib. Beynəlxalq Enerji Agentliyinin
    (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta
    hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ
    enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50
    faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək.
    Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi
    bərpaolunan enerji mənbələrinin payına düşəcək.

      Azərbaycan
    enerji sahəsində nəhəng potensilala malikdir. Ölkəmizin bərpaolunan enerji ilə
    bağlı proqramı enerji ixracının daha da şaxələnməsinə xidmət edəcək. Nəticə
    etibarı ilə ölkə iqtisadiyyatının yeni ekoloji təmiz sektorunun yaranması da
    böyük əhəmiyyət kəsb etmiş olacaq. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan
    cəmi iki il əvvəl Cənubi Avropaya inteqrasiya edilmiş boru kəmərləri sistemini
    qurmaqla Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa
    çatdırıb. Bu nəhəng layihə cari ildə təbii qaz ixracını 24 milyard kubmetrə
    çatdırmağa imkan yaradacaq. Lakin Azərbaycanın mövcud enerji potensialı bundan
    qat-qat böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin bu günə olan
    bərpaolunan enerji imkanları quruda 27 qiqavatlıq külək və günəş enerjisi, azad
    edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin
    Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi kimi qiymətləndirilir. Bu
    potensilaın reallaşdırılması üçün kifayət qədər ixrac marşrutları lazımdır və
    Azərbaycan bu layihələri mərhələli şəkildə icra edir.“Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətli vahid qaz magistralını
    yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək"
    bu layihə Azərbaycanın ixrac kəmərlərini şaxələndirərək, ölkəmizin ixrac
    marşrutlarının seçimi baxımından daha da müstəqilləşməsinə şərait yaradacaq və
    bunun nəticəsində tərəfdaşlarla aparılan bütün kommersiya danışıqlarında Azərbaycana
    əlavə üstünlük yaradacaq. Bu lahiyyələr gələcəkdə də öz töhvəsini verəcəkdir.

    Vahid Əliyev,

    YAP Xocalı rayon təşkilatının sədri

     

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib43 dəfə
    Meqa enerji layihəsi

    Maraqlı gələ bilər
    54
    41
    50
    13